İstifadəçi razılaşması

1. Ümumi Şərtlər

Bu razılaşma bircar.az internet saytını istifadə etməklə bağlıdır. Sayt administratorları tərəfindən təqdim olunan xidmətlərdən istifadə etməklə, istifadəçi bu şərtləri qəbul etmiş sayılır. Şərtlərdəki hər hansısa əlavə və dəyişikliklər dərhal qüvvəyə minir və istifadəçilər tərəfindən nəzərdən keçirilməlidir.

2. Saytın İstifadəsi

Bircar.az saytından yalnız qanuni məqsədlər üçün istifadə etmək olar. İstifadəçi saytın xidmətlərindən yalnız şəxsi və qanuni məqsədlər üçün faydalana bilər. Saytın hər hansı bir hissəsinin təkrar yayımlanması və ya kommersiya məqsədilə istifadə edilməsi qadağandır.

3. Qeydiyyat və Hesab

Saytın bəzi xüsusiyyətlərindən istifadə etmək üçün istifadəçi qeydiyyatdan keçməli və şəxsi məlumatlarını təqdim etməlidir. İstifadəçi, təqdim etdiyi məlumatların doğru, tam və güncəl olduğunu təmin etməlidir. Hər hansı bir dəyişiklik olduqda istifadəçi məlumatlarını yeniləməlidir.

4. Hesab Təhlükəsizliyi

İstifadəçi, qeydiyyat zamanı seçdiyi istifadəçi adı və şifrənin təhlükəsizliyinə cavabdehdir. Hesabın icazəsiz istifadə edilməsi halında, istifadəçi dərhal Bircar.az saytının administratorlarına (e-poçt ünvanı və ya əlaqə nömrəsi vasitəsilə) məlumat verməlidir.

5. İstifadəçi Məsuliyyəti

İstifadəçi, sayt vasitəsilə təqdim etdiyi hər hansı bir məlumat və məzmunun qanuna uyğun olmasını və digər istifadəçilərin hüquqlarını pozmamasını təmin etməlidir. Bircar.az saytının administratorları, istifadəçi tərəfindən təqdim edilən məlumatların doğruluğuna və uyğunluğuna görə məsuliyyət daşımır.

6. Reklamlar və Təsdiq

Bircar.az saytında reklamlar və üçüncü tərəf məzmunları yerləşdirilə bilər. Bu məzmunlar üçün sayt administratorları məsuliyyət daşımır və istifadəçi bu məzmunlardan istifadə etməzdən əvvəl diqqətlə qiymətləndirməlidir. Sayt administratorları, reklamlar və digər məzmunlar ilə bağlı yaranan hər hansı bir mübahisəyə qarışmağı öhdəliyinə götürmür.

7. Məxfilik

İstifadəçilərin şəxsi məlumatları yalnız Bircar.az saytının məqsədinə uyğun olaraq toplanır və istifadəçi rahatlığını təmin etmək üçün istifadə olunur. Şəxsi məlumatların qorunması ilə bağlı əlavə məlumatlar saytın Məxfilik siyasəti bölməsində əks olunmuşdur. İstifadəçi şəxsi məlumatlarının istifadəsini hər zaman nəzarət altında saxlaya bilər.

8. Saytın Məzmunu

Bircar.az saytının məzmunu müəllif hüquqları ilə qorunur. Saytın məzmununun tam və ya qismən istifadəsi yalnız sayt administratorlarının icazəsi ilə mümkündür. İstifadəçilər, saytdan alınan məzmunu yalnız şəxsi məqsədləri üçün istifadə edə bilər.

9. Məsuliyyətin Məhdudlaşdırılması

Bircar.az saytının administratorları, saytın istifadəsi ilə bağlı yaranan hər hansı bir ziyan və ya itkiyə görə məsuliyyət daşımır. Sayt administratorları, saytda mövcud olan məlumatların doğruluğunu təmin etmək üçün lazımi tədbirləri görür, lakin heç bir halda

10. Hüquqi Mübahisələr

İstifadəçi və sayt administratorları arasında yaranan hüquqi mübahisələr, Azərbaycan Respublikasının qanunvericiliyinə və qanunlarına uyğun olaraq həll ediləcəkdir.

11. İstifadəçilərin Hüquqları və Məhdudiyyətlər

Bircar.az saytının administratorları, istifadəçilərə saytdan istifadə etmək hüququ verirlər, lakin bu hüquq yalnız şəxsi istifadə üçün keçərlidir. İstifadəçilər, saytın xidmətlərindən qeyri-qanuni və ya etik olmayan şəkildə istifadə etməməlidir.

12. Saytın Dəyişdirilməsi və Bağlanması

Sayt administratorları, Bircar.az saytını istənilən vaxt dəyişdirmək, müvəqqəti olaraq bağlamaq və ya tamamilə dayandırmaq hüququna malikdir. Saytın müvəqqəti bağlanması və ya xidmətlərin dayandırılması zamanı istifadəçilər administratorların qərarlarına riayət etməlidir.

13. Şərtlərin Dəyişdirilməsi

Bircar.az saytının istifadəçi razılaşması istənilən vaxt dəyişdirilə bilər. Dəyişikliklər dərhal qüvvəyə minəcək və saytda yerləşdiriləcək. İstifadəçi, razılaşmanın hər hansı bir dəyişdirilməsini qəbul etməmək hüququna malikdir, ancaq bu halda saytdan istifadəni dayandırmalı və hesabını bağlamalıdır.

14. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:

15. Bircar.az saytının administratorları yalnız alıcı və satıcı arasında vasitəçi rolunu oynayır və hər hansı bir satış, alış və ya digər müqavilə şərtlərinin birbaşa tərəfi deyil. Sayt, istifadəçilər arasında məlumat mübadiləsini və əlaqə qurulmasını təmin edən bir platformadır. Bu səbəbdən, Bircar.az saytının administratorları:

16. İstifadə Qaydalarının Həyata Keçirilməsi və Müddəti

İstifadəçi təsdiqləyir ki, İstifadəçi razılaşmasınının bütün şərtlərini tam qəbul edərək, Bircar.az saytından istifadə etməyə davam edir.