1. Məxfilik siyasəti anlayışı
Məxfilik siyasətində bircar.az saytına daxil olan istifadəçilərin məlumatlarının toplanması, istifadəsi və qorunması haqqında məlumat verilir. Saytımızdan istifadə edərkən siz bu məxfilik siyasətinə razı olduğunuzu bildirmiş olursunuz.
1.1. Məxfilik Siyasətinin Əhatə Dairəsi
Bu Məxfilik Siyasəti bircar.az xidmətindən istifadəyə dair razılaşmanın ayrılmaz hissəsidir və istifadəçilərin şəxsi məlumatlarının toplanması, saxlanılması, işlənməsi, istifadəsi, ötürülməsi və qorunması qaydalarını müəyyən edir.
1.2. Şəxsi Məlumatların Toplanması
İstifadəçi elan yerləşdirərkən, qeydiyyatdan keçərkən və ya xidmətlərdən başqa hallarda istifadə edərkən şəxsi məlumatlarını könüllü olaraq təqdim edir. Toplanan məlumatlar yalnız istifadəçinin icazəsi ilə alınır.
Toplanılan Məlumatlar:
- Şəxsi Məlumatlar: Saytımıza qeydiyyat, sifariş və ya ünsiyyət üçün daxil etdiyiniz ad, soyad, e-poçt, telefon nömrəsi kimi məlumatlar.
- Texniki Məlumatlar: Saytımıza daxil olduqda avtomatik olaraq toplanan IP ünvanız, brauzer növü, cihaz məlumatları və saytımızdan istifadə etməyiniz haqqında statistika.
- Kuki Məlumatları: Saytımızda istifadə etdiyimiz kuki texnologiyası vasitəsilə topladığımız məlumatlar.
- Məlumatların Paylaşılması: Bircar.az sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərlə sizin razılığınız olmadan paylaşmaz. Lakin qanuni tələblər çərçivəsində və ya xidmətlərimizin təmin olunması üçün zəruri olduqda məlumatlar paylaşıla bilər
1.3. Məlumatların İdarə Edilməsi
İstifadəçilərin şəxsi məlumatlarının toplanması və işlənməsi bircar.az-ın inzibatçısı tərəfindən həyata keçirilir. Bu məlumatlar, xidmətin təkmilləşdirilməsi və istifadəçilərə daha yaxşı xidmət göstərmək məqsədilə saxlanılır və işlədir.
1.4. Şəxsi Məlumatların İstifadəsi
Toplanan şəxsi məlumatlar xidmətlərin keyfiyyətinin artırılması, istifadəçi təcrübəsinin fərdiləşdirilməsi və qanunvericiliyə riayət edilməsi üçün istifadə olunur. Məlumatlar yalnız istifadəçinin razılığı ilə üçüncü tərəflərə ötürülə bilər.
1.5. Kukilər və Oxşar Texnologiyalar
Saytımızda kukilərdən və oxşar texnologiyalardan istifadə edirik. Bu texnologiyalar xidmətlərimizin daha yaxşı işləməsini təmin etmək, təhlükəsizliyi artırmaq və istifadəçilərin seçimlərini yadda saxlamaq üçün istifadə olunur. Siz brauzerinizin tənzimləmələrindən kukiləri idarə edə bilərsiniz.
1.6. Şəxsi Məlumatların Silinməsi
İstifadəçi, şəxsi məlumatlarının silinməsini tələb edə bilər. Bu halda, onun bütün şəxsi məlumatları silinəcək və bu halda gələcəkdə bircar.az xidmətlərinə giriş təmin edilməyə bilər.
1.7. Məxfilik Siyasətinə Dəyişikliklər
Bircar.az məxfilik siyasətini dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər haqqında istifadəçilərə məlumat veriləcək və yeni siyasətə uyğun olaraq xidmətlərdən istifadə davam etdiriləcək. Dəyişikliklər saytda elan edildiyi tarixdən etibarən qüvvəyə minir.
1.8. Bizimlə Əlaqə
Məxfilik siyasətimiz barədə əlavə suallarınız varsa, bizimlə Əlaqə saxlayın:
E-poçt: [email protected] / Telefon: +994 60 288 99 09